Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı həftəsonu maraqlı tamaşalar göstərəcək.
Axşam.az xəbər verir ki, səhnə əsərləri sənət ocağının “facebook” səhifəsi vasitəsilə onlayn nümayiş olunacaq. Belə ki, iyunun 19-da “Manqurt”, 20-də “Biganələr oteli”, 21-də isə “Mənim sevimli dəlim” tamaşaları təqdim olunacaq.
Səhnə əsərləri müvafiq olaraq saat 19:00-da izləniləcək.