“Zəng” tamaşası nümayiş olunacaq

“Zəng” tamaşası nümayiş olunacaq
363 dəfə oxunub
  • A-
  • A
  • A+

İyunun 21-də Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı özünün sosial şəbəkədəki səhifələrində “Zəng” tamaşasını nümayiş etdirəcək.

Axşam.az xəbər verir ki, böyüklər üçün hazırlanan “Zəng” tamaşasının ssenari müəllifi və quruluşçu rejissoru teatrın baş rejissoru Qurban Məsimov, quruluşçu rəssamı Rəvanə Yaqubovadır.

Həm uşaqlar, həm də böyüklər üçün nəzərdə tutulan tamaşa ailədə valideynlərə olan münasibətdən bəhs edir. Tamaşa izləyicilərdə valideynləri unutmamaq, onları diqqətdən kənarda saxlamamaq kimi müsbət keyfiyyətlər aşılayır.

Quruluşçu rəssamı Rəvanə Yaqubova olan musiqi tərtibatlı tamaşa dəfələrlə beynəlxalq festivallarda qalib olub.