26 yaşlı repçi küçənin ortasında güllələndi - Foto

26 yaşlı repçi küçənin ortasında güllələndi -  Foto
1297 dəfə oxunub
  • A-
  • A
  • A+

“Tray Savage” ləqəbi ilə tanınan repçi Kentri Yanq evə gedərkən güllələnib.

Axşam.az xəbər verir ki, hadisə cümə günü səhər saatlarında Amerikanın Çikaqo şəhərində baş verib.

Şəxsi avtomobilində gedən Kentriyə bir neçə dəfə atəş açılıb. Repçinin maşını üç avtomobillə toqquşduqdan sonra dayanıb.

Hadisə yerinə gələn həkimlər Kentrinin həyatını xilas edə bilməyiblər.

Polisin sözlərinə görə, şahidlər yalnız cinayət yerini tərk edən ağ avtomobil görüblər.

Hazırda hadisə ilə bağlı araşdırma aparılır.