Türkiyədə 1293 nəfər koronavirusdan sağaldı - 24 xəstə öldü

Türkiyədə 1293 nəfər koronavirusdan sağaldı -  24 xəstə öldü
407 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyədə yeni növ koronavirus (COVİD-19) aşkarlanan şəxslərin sayı 188 min 897 nəfərə çatıb.

Axşam.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca məlumat verib.

O bildirib ki, son 24 saat ərzində ölkədə 24 nəfər koronaviruslu xəstə dünyasını dəyişib, 1212 nəfər isə infeksiyaya yoluxub.

Ümumilikdə ölkədə COVİD-19-dan vəfat edənlərin sayı isə 4974 nəfərə çatıb.

Türkiyədə bu gün koronavirusdan sağalanların sayı isə 1293 nəfər təşkil edir.