Xarici zəvvarlar üçün builki Həcc ziyarəti ləğv edildi

Xarici zəvvarlar üçün builki Həcc ziyarəti ləğv edildi
542 dəfə oxunub
  • A-
  • A
  • A+

Səudiyyə Ərəbistanı xaricdən gələn zəvvarlar üçün builki Həcc ziyarətini ləğv edib.

Axşam.az TASS-a istinadən xəbər verir ki, bu barədə “Sky News Arabia” telekanalı məlumat yayıb.

Bildirilib ki, sözügedən ölkə yeni növ koronavirus pandemiyası səbəbindən bu il xarici ölkələrdən gələcəyi nəzərdə tutulan zəvvarlar üçün İslamın müqəddəs yerləri Məkkə və Mədinəyə Həcc ziyarətini ləğv edib.

"Həcc ölkədə yaşayan müxtəlif millətlərdən olan çox məhdud sayda zəvvarın iştirakı ilə keçiriləcək", - deyə məlumatda qeyd olunub.