Məşhur bloqqer motosiklet qəzasında öldü - Fotolar

Məşhur bloqqer motosiklet qəzasında öldü -  Fotolar
3500 dəfə oxunub
  • A-
  • A
  • A+

Milyarder rus bloqqer Anastasia Tropitsel vəfat edib.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, 18 yaşlı məşhur İndoneziyanın Bali adasına istirahətə yollanıb. Motosikletlə gəzintiyə çıxan bloqqer qəza keçirib. Onun qəza anı kameralar tərəfindən lentə alınıb.

İndoneziya polisi qəzaya yüksək sürətin səbəb olduğunu açıqlayıb.

Bali adasına gedən Anastasia əvvəlcə 14 gün karantində saxlanılıb. Daha sonra isə o, istirahətinə başlayıb.

Qeyd edək ki, Anastasiya 15 yaşından bloqqerlik edir. O, qısa zamanda məşhurlaşaraq milyarder bloqqer kimi tanınıb.