İştahasızlıq yaradan ərzaqlar

İştahasızlıq yaradan ərzaqlar
2078 dəfə oxunub
  • A-
  • A
  • A+
Pəhriz saxlayarkən insanda aclıq hissi daha da çoxalır, iştah artır. Kalorili qidalara meyl artdıqca, özünü saxlamaq çox çətin olur. Pəhrizin ardından kalorili qidalar yemək isə daha çox artıq çəki almağınıza gətirib çıxaracaq.

Axşam.az xəbər verir ki, bəzi qidalar iştahı kəsir. Əgər iştahanızın qarşısını alsanız, pəhriz siyahısı sizə o qədər də qorxulu gəlməyəcək.

Bunun üçün aşağıdakı ərzaqlar daha məsləhətlidir:

Xiyarı xırda doğrayıb, üstünə çoxlu şüyüd töküb, duzsuz halda yeyin. Bu, gün ərzində sizi tox saxlayacaq.

Armudu sürtgəcdən keçirib, içərisinə azca qatıq və yulaf töküb, nahar vaxtı ye.

Pəhriz zamanı həftədə iki dəfə yumurta yeyin. Bu, sizin xoşbəxtlik hüceyrənizi artıracaq. Beləcə, pəhriz saxlayarkən depressiyaya düşməyəcəksiniz.

Yaşıl noxuddan hazırlanan, tərkibinə az yağ və duz vurulan şorba da pəhriz zamanı əla vasitələrdən biridir. Yaşıl noxudun tərkibindəki albumin maddəsi iştahasızlıq yaradır.