Türkiyədə 1315 nəfər koronavirusdan sağaldı - 27 xəstə öldü

Türkiyədə 1315 nəfər koronavirusdan sağaldı -  27 xəstə öldü
613 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyədə yeni növ koronavirus (COVİD-19) aşkarlanan şəxslərin sayı 190 min 165 nəfərə çatıb.

Axşam.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca məlumat verib.

O bildirib ki, son 24 saat ərzində ölkədə 27 nəfər koronaviruslu xəstə dünyasını dəyişib, 1268 nəfər isə infeksiyaya yoluxub.

Ümumilikdə ölkədə COVİD-19-dan vəfat edənlərin sayı isə 5001 nəfərə çatıb.

Türkiyədə bu gün koronavirusdan sağalanların sayı isə 1315 nəfər təşkil edir.