Teatrın tikintisinə 13,8 milyon manat ayrıldı

Teatrın tikintisinə 13,8 milyon manat ayrıldı
1113 dəfə oxunub
  • A-
  • A
  • A+

Prezident İlham Əliyev Gəncə Dövlət Dram Teatrının tikintisinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Axşam.az xəbər verir ki, sərəncamla Gəncə Dövlət Dram Teatrının 500 yerlik yeni binasının tikintisinin davam etdirilməsi məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.53.1-ci yarımbəndində göstərilmiş məbləğin 13,8 milyon (on üç milyon səkkiz yüz min) manatı Gəncə Şəhər İcra Hakimiyyətinə ayrılıb.