Qalmaqallı peyk görüntüsü ilə bağlı - Açıqlama

Qalmaqallı peyk görüntüsü ilə bağlı -  Açıqlama
24128 dəfə oxunub
  • A-
  • A
  • A+

Xaricdə yaşayan bloqer Həbib Müntəzir Novxanı kəndində yerləşən böyük bir obyektin peyk görüntüsünü yayımlayıb.

Müəllif qeyd edib ki, bu, Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyevə məxsus villadır. Obyektin fərqli xüsusiyyəti orada böyük süni gölün yerləşməsidir, hansı ki, sahil xətti Xəzər dənizinin xəritəsinin konturlarını təkrarlayır. Sahəsi, müxtəlif hesablamalara görə, 200 hektara çatan obyektin miqyası həqiqətən heyrətamizdir.

Axşam.az xəbər verir ki, Virtualaz.org məsələ ilə bağlı Novxanı kənd icra nümayəndəliyinə müraciət edib. İcra nümayəndəliyindən bildiriblər ki, xəritədə göstərilən ərazi dövlət əhəmiyyətli strateji bir obyektdir. Və onun general-polkovnik Elçin Quliyevə heç bir aidiyyəti yoxdur.

Bu dövlət obyektində iki helikopter meydançası, avtomobil dayanacağı üçün böyük bir kompleks və ofis binası var.

Novxanı qəsəbəsində, minlərlə vətəndaş kimi, Elçin Quliyevin də bağ sahəsi var. Lakin göstərilən strateji obyekt dövlətə məxsusdur.

Qeyd edək ki, bir ay əvvəl Elçin Quliyevin müavini, general Əfqan Nağıyev DTX-nin keçirdiyi əməliyyatda həbs edilib və barəsində Bakı Hərbi Məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, Elçin Quliyev bir neçə il əvvəl də ailəsi ilə gündəmə gəlmişdi. Belə ki, kürəkəni Nail Allahverdiyev (Həm də "Qaçqınkom"un sabiq sədri Əli Həsənovun nəvəsi) iki nəfərin ölümü və iki nəfərin yaralanması ilə nəticələnən qəzaya səbəb olmuşdu. Sözügedən hadisə aylarla medianın əsas müzakirə mövzusu idi.