"O avtomobildən sağ çıxmağımız Allahın möcüzəsidir" - Alişan

"O avtomobildən sağ çıxmağımız Allahın möcüzəsidir" -  Alişan
4004 dəfə oxunub
  • A-
  • A
  • A+
Ötən gün ailəsi ilə birgə avtomobil qəzasına düşən türkiyəli müğənni Alişan xəstəxanadan çıxarkən gorüntülənib.

Axşam.az xəbər verir ki, müğənni qəza zamanı keçirdiyi hissdən danışıb:

"Avtomobil fırlanarkən tək düşündüyüm şey xəsarət almamağımız idi. Maşın tərs fırlandı. Həmin an Buseyə (həyat yoldaşı Buse Varol) baxdım. Vəziyyəti yaxşı idi, təcili yardımı yığdı. Təpiklə şüşəni sındırıb, qapını açdım. Oğlum Burak ilə dayəsi Marianneni çıxardım. Onların və Busenin ciddi vəziyyətinin yaxşı olduğunu görəndən sonra şükür etdim. O avtomobildən sağ çıxmağımız Allahın möcüzəsidir".

Qeyd edək ki, ötən gün İstanbuldan İzmirə gedən ifaçının avtomobilinin təkəri çıxıb. Nəticədə bir neçə dəfə aşan maşın 30 metr sürüklənib.