Bəyaz məhkəməyə müraciət etdi

Bəyaz məhkəməyə müraciət etdi
1301 dəfə oxunub
  • A-
  • A
  • A+

Şoumen Bəyazıt Öztürk ötən gün məhkəməyə müraciət edib. 

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, sənətçi vəkili vasitəsilə hakimə göndərdiyi şikayət ərizəsində adına açılan saxta profillərin bağlanmasını istəyib.

O bildirib ki, sözügedən sosial şəbəkə profillərində onun xəbəri olmayan paylaşımlar edilir. haqlarının qorunmadığını söyləyən Bəyaz şəxsi hüquqlarının pozulduğunu bildirib. O, bu cür paylaşımların onun nüfuzuna xələl gətirdiyini deyib.

Öztürk bu cür profillərin silinməsini tələb edib. Hakim şoumenin xeyrinə qərar verərək, saxta profillərin bağladılmasını tələb edib.