Türkiyədə 1492 nəfər koronavirusdan sağaldı - 19 xəstə öldü

Türkiyədə 1492 nəfər koronavirusdan sağaldı -  19 xəstə öldü
482 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyədə yeni növ koronavirus (COVİD-19) aşkarlanan şəxslərin sayı 194 min 511 nəfərə çatıb.

Axşam.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca məlumat verib.

O bildirib ki, son 24 saat ərzində ölkədə 19 nəfər koronaviruslu xəstə dünyasını dəyişib, 1396 nəfər isə infeksiyaya yoluxub.

Ümumilikdə ölkədə COVİD-19-dan vəfat edənlərin sayı isə 5065 nəfərə çatıb.

Türkiyədə bu gün koronavirusdan sağalanların sayı isə 1492 nəfər təşkil edir.