Canlı yayım zamanı aparıcıya hücum çəkdi - Video

Canlı yayım zamanı aparıcıya hücum çəkdi -  Video
4356 dəfə oxunub
  • A-
  • A
  • A+

Aparıcı Müge Anlı günlərdir çıxan bir yanğından sonra itən 3 şəxsin axtarışına başlayıb.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, itmə hadisəsi ilə bağlı danışan bir qonaq əsəblərinə hakim olmayıb aparıcıya hücum çəkib. Studiyaya mühafizəçilər gələrək, Şaban Özcan adlı kişini oradan çıxarıblar.

Türkiyənin Sinop bölgəsində ötən il yaşanan hadisədə 1,5 aylıq hamilə olan 28 yaşındakı Nurten Özkaya, 4 yaşındakı oğlu Ramazan Özkaya və qayınanası, 105 yaşındakı Hanife Özcan yox olub. əvvəl onların evdə yandığı düşünülsə də, sonradan hadisə zamanı adamların içəridə olmadığı öyrənilib.

Studiyada olan şəxslərdən biri hadisədə bölgənin muxtarı Şabanı günahlandırıb. İddiaları qəbul etməyən kişi özündən çıxıb.