Xərçəngdən əziyyət çəkən "Toppuş bacı" saçlarını keçəl etdi

Xərçəngdən əziyyət çəkən "Toppuş bacı" saçlarını keçəl etdi
2703 dəfə oxunub
  • A-
  • A
  • A+
Əməkdar artist Tünzalə Əliyeva yenidən saçlarını keçəl etdirib.

Axşam.az xəbər verir ki, xərçəngdən əziyyət çəkən aktrisanın kimyaterapiyadan sonra saçları tökülməyə başlayıb.

"Toppuş bacı" ləqəbli aktrisa görüntüsünü İnstaqramda paylaşaraq "Artıq ikinci dəfədir ki, saçlarımı qırxmaq məcburiyyətində qalıram. İnşallah, üçüncü dəfə qırxmaq məcburiyyətində qalmayacam. Gözəl həkimlərim sayəsində sağalacam. Dualarınızı əskik etməyin" sözlərini yazıb.

Qeyd edək ki, T.Əliyeva əvvəl uşaqlıq yolu xərçəngindən əziyyət çəkirdi. Daha sonra onun böyrək damarlarında şiş tapılıb.