"Arıqlayandan sonra efirlərə lazım olmadım"

"Arıqlayandan sonra efirlərə lazım olmadım"
2322 dəfə oxunub
  • A-
  • A
  • A+
"Bir qadın kimi arıqlamaq yaxşıdır, yüngüləm. Biz 8-ci mərtəbədə yaşayıram, bir gün lift işləmədi, yuxarı 45 dəqiqəyə çatdım. Yoldaşım dedi ki, gör necə ağırsan, birdən uşağı məktəbə tək apardın, nə olacaq? Necə qalxacaqsan? Ondan sonra arıqlamağa başladım".

Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Tünzalə Əliyeva "Hüseynova bacıları" proqramında deyib. Aktrisa bildirib ki, arıqladıqdan sonra işini də itirib:

"Amma arıqlayanda bir aktrisa kimi hər şeyim sıfıra düşdü. Filmlərə, konsertlərə, seriallara, verilişlərə dəvətlər bitdi. Bəzən reytinq üçün proqrama çağırırdılar, indi etmirlər. Aparıcı kimi də məni istəmədilər. Şarm bitdi...

Amma bir az keçdi Dilarənin (Əməkdar artist Dilarə Əliyeva - red.) addımı ilə efirə qayıtdım. Ondan sonra seriala çəkildim. Sentyabrdan çəkilişlərim olacaq".

Həyat yoldaşı Röyaldan danışan "Toppuş bacı" göz yaşını saxlaya bilməyib:

"Son zamanlar fikirləşirəm ki, düz etdim ailə qurdum? Onun həyatıma gəlməyi ilə heç nə qazandıra bilmədim. Bəlkə başqası ilə ailə qursaydı, xoşbəxt olardı. Onu xəstəliyimə görə xoşbəxt etmədim. O, mənə dedi ki, saçlarım ağarana, sən yaşayana kimi yanında olacam. Səndən sonra da ailə qurmayacam. Zəhraya və başqasına görə yox, sənə görə".