"Forbes" dərgisinin rus versiyası şou-biznes və idman sahəsində 40 yaşa qədər uğur qazanmış məşhurların siyahısını hazırlayıb.

Axşam.az xəbər verir ki, siyahı müğənnilərin il ərzində gəlirinə və gündəmdən düşməməsinə əsasən hazırlanıb.

Siyahıda Xalq artisti Emin Ağalarov da yer alıb. O, 29-cu yerdə qərarlaşıb. O, 1 il ərzində 3,1 milyon dollar qazanıb. Eyni zamanda Emindən mediada il ərzində 2485 dəfə yazılıb. Onun sosial şəbəkələrdəki reytinqi isə 6,84 balla dəyərləndirilib.

Siyahıda birinci yerdə idmançı Həbib Nurməhəmmov yer alıb. O, 16,5 milyon dollar qazanıb. İkinci yerdə aparıcı Olqa Buzovadır. Üçüncü isə Eqor Kritdir. O, 6,9 milyon dollar qazanıb.



                 

Xəbər lenti