Karantin günlərində işləyən kafe aşkarlandı - Foto

Karantin günlərində işləyən kafe aşkarlandı -  Foto
913 dəfə oxunub
  • A-
  • A
  • A+

Paytaxtın Səbail rayonunda sərtləşmiş xüsusi karantin rejim qaydlarına zidd olaraq, qanunsuz fəaliyyət göstərən kafe aşkarlanıb.

Axşam.az xəbər verir ki, Səbail RPİ İctimai Təhlükəsizlik şöbəsinin və Post Patrul Xidməti əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə Üzeyir Hacıbəyov küçəsində “Marani-gürcü mətbəxi”nin icarədarı və müştəriləri inzibati məsuliyyətə cəlb olunublar.

Ümumilikdə 3 nəfər saxlanılaraq barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb. İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə uyğun olaraq, onlar 200 manat cərimə olunublar.