213 koronavirus xəstəsi reanimasiyaya yerləşdirilib

213 koronavirus xəstəsi reanimasiyaya yerləşdirilib
657 dəfə oxunub
  • A-
  • A
  • A+

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı iyunun 29-na olan statistik göstəriciləri açıqlayıb.

Axşam.az xəbər verir ki, məlumata əsasən bu gün ölkədə 7393 nəfər aktiv koronavirus xəstəsi var.

Bildirilib ki, onlardan 213 nəfər reanimasiyada, 36 nəfər isə süni tənəffüs cihazındadır.

Qeyd olunub ki, bu gün 6558 test edilib. Yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ümumilikdə 475 525 test aparılıb.

Xatırladaq ki, bu gün Azərbaycanda daha 544 nəfər koronavirusa yoluxub, 343 nəfər sağalıb, 8 nəfər isə vəfat edib