Əməkdar artist Nüşabə Ələsgərli həyat yoldaşı ilə bağlı etiraf edib.

Axşam.az xəbər verir ki, bu haqda müğənni "7 canlı" proqramında danışıb. O bildirib ki, hazırda ailə qurduğu Rza onun cangüdəni və sürücüsü olub:

"Rza Kanadaya getməyə hazırlaşırdı. Bir müddət mənim sürücüm və cangüdənim oldu. Getdi Kanadaya, sən demə, mənə aşiq olubmuş. Ayrılıq 6 ay çəkdi. Bir də gördüm qayıdıb, təəccübləndim. Gedəndə sevgisin demişdi. Cavab vermişdim ki, olmaz. Mənim də övladlarım var, o, subay idi, evlənməliydi, uşaqları olmalıydı.

Mən də anayam, istəyərəm oğlum subayla evlənsin, övladı olsun. Bunlar da məndə olmazdı. Bir ana öz oğlunu sevirsə, başqa övladı da sevməlidir. Mənə yaxşı olsun, bəsimdir, olmaz".  



                 

Xəbər lenti