Roza Zərgərli yenə onu seçdi

Roza Zərgərli yenə onu seçdi
1549 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Roza Zərgərli karantin ərəfəsində yaradıcılığında bir çox yeniliklər edib.

Axşam.az xəbər verir ki, sənətçi evdə oturduğu müddətdə layihələr haqda fikirləşdiyini deyib. Zərgərli ilk olaraq duetini təqdim edəcəyini söyləyib. O bildirib ki, bu dəfə də duet ortağı müğənni Əkbər Əliyev olacaq:

"Çalışacağıq ki, 20 günə duet təqdim olunsun. Mahnı "Gecələr qara" adlanır. Bəstəkarı Arzu Abasovadır. Fikrimcə, gözəl mahnıdır. Seviləcəyinə ümid edirəm".

R.Zərgərli solo konsertə hazırlaşdığını da bildirib. O qeyde dib ki, karantin bitən kimi konsert tarixini dəqiqləşdirəcək.