"Həyat yoldaşımla küsmüşdük, Nüşabə barışdırdı" - Nadirdən etiraf

"Həyat yoldaşımla küsmüşdük, Nüşabə barışdırdı" -  Nadirdən etiraf
2392 dəfə oxunub
  • A-
  • A
  • A+
"Sevinc məndən incimişdi. Gəldim Nüşabə Əlsəgərlidən kömək istədim".

Axşam.az xəbər verir ki, bu sözləri müğənni Nadir Qafarzadə "7 canlı" proqramında deyib. Sənətçi həyat yoldaşı Sevinclə bir müddətlik ayrıldığını etiraf edib. O bildirib ki, onları Əməkdar artist Nüşabə Ələsgərli barışdırıb.

"Bunu hər adama deyə bilmirdim. Nüşabəyə dedim. O da qayıtdı ki, baldızlıq edərəm. Bizi barışdırdı".

N.Ələsgərli isə "Mənə inandı və etibar etdi. Sözümə qulaq asdı. Gözəl xanımdır. Mənim Cennefer Lopesimdir" deyərək, onun sözlərini təsdiqləyib.

Nadir övladları üçün evlərini satdığını bildirib:

"İndi Bakı kəndlərindən birində dostumun həyət evində qalıram. Oğlum deyir ki, bağı satdın, indi qalmısan başqasının evində. Deyirəm, bəs sizi oxutdum axı. Bağı da, Türkiyədəki evi də satıb övladlarıma təhsil verdim".