"6 aydır pul üzü görmürəm" - Video

"6 aydır pul üzü görmürəm" -  Video
2914 dəfə oxunub
  • A-
  • A
  • A+
"Ürəyim yanır, təkcə müğənni və musiqiçilər pulsuz qalmayıb: gül, paltar satışı ilə məşğul olanlar, restoranda çalışanlar, aşpazlar, ofisiantlar və kimlər... Hamısı bizim sahə ilə əlaqəsi olanlardır".

Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Faiq Ağayev "Fatehin divanı" proqramında deyib. Pandemiya ərəfəsində toyların müvəqqəti qadağan edilməsindən danışan ifaçı sənət adamlarının maddi sıxıntı çəkdiyini bildirib. Müğənni qeyd edib ki, 6 aydır evinə qazanc girmir:

"Bu yaxınlarda eşitdim ki, Azərbaycan iqtisadiyatındakı insanların 42 faizi toy biznesinə görə pul qazanır. Bilmirəm düzdür, ya yox. Lap düz olsa, 22 faiz. Dörd aydır işləməyən sahədir.

Sonuncu dəfə toya yanvarda getmişəm. 6 aydır pul üzü görmürəm. 31 il ərzində kənara nəsə atırdım. Bunu da bir il xərcləyim, sonra nə edəcəm? Gileylənən insanlara heç nə deyə bilmərəm. Ümid edirəm ki, bu mübarizə qələbə ilə nəticələnəck və həmkarlarım toya qayıdacaq".