"İstanbulda taksi sürücüsü Üzeyirə görə məndən pul almadı"

"İstanbulda taksi sürücüsü Üzeyirə görə məndən pul almadı"
2119 dəfə oxunub
  • A-
  • A
  • A+
"Türkiyədə Polad Bülbüloğlunun "Gəl ey səhər" mahnısını, Rəşid Behbudov, Zeynəb Xanlarova və Üzeyir Mehdizadəni tanıyırlar. Taksidə gedəndə Üzeyirə qulaq asıldığını eşitmişəm. Hətta bir dəfə Türkiyədə taksi sürücüsü Üzeyirə qulaq asırdı. Onu tanıdığımı dedim, məndən pul almadı".

Axşam.az xəbər verir ki, bu sözləri rejissor Kənan M.M. "5/5" verilişində deyib. O, türkiyədə tanınan Azərbaycan ifaçılarından danışıb:

"Elnur Hüseynov "O səs Türkiyə"də oxuyanda, sosial şəbəkədə yazılanları oxuyurdum. Çoxu münsiflərə yazmışdı ki, durun yerinizi verin Elnura.

Bizim toy müğənnilərimiz onların TRT sənətçilərindən qat-qat güclüdür. Orada olanda deyirdilər ki, azərbaycanlılar söhbət edəndə belə ağızlarından musiqi tökülür".