COVİD-19 testlərinin cavabı e-təbib vasitəsilə açıqlanacaq - TƏBİB

COVİD-19 testlərinin cavabı e-təbib vasitəsilə açıqlanacaq -  TƏBİB
570 dəfə oxunub
  • A-
  • A
  • A+

“Artıq bir neçə gündür ki, e-təbib mobil tətbiqi tətbiq olunur”.

Axşam.az xəbər verir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva test verməyən insanlara koronavirus testinin müsbət olması ilə bağlı SMS-lərin gəlməsi ilə bağlı sualı cavablandırarkən bildirib.

Y. Qarayeva deyib ki, insanlara artıq bir neçə gündür, SMS getmir, e-təbib üzərindən testlərin cavabları açıqlanacaq:

“SMS-lə bağlı müəyyən çatışmazlıqlar olub ki, bunlar da aradan qaldırılıb”.