Bu şəxslər poliklinikaya getməməlidir

Bu şəxslər poliklinikaya getməməlidir
1635 dəfə oxunub
  • A-
  • A
  • A+

"Artıq poliklinikaların test üçün nümunə götürməsinə başlanılıb".

Axşam.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin aparat rəhbəri Nadir Zeynalov deyib. O bildirib ki, koronavirusa yoluxmasından şübhələnən şəxslər poliklinikaya getməməlidir:

"Çünki bununla digər insanları yoluxdura bilərlər. Həmin şəxslər poliklinikaya zəng edərək məlumat verməlidirlər. Poliklinika əməkdaşları xüsusi geyimdə gəlib onlardan nümunə götürəcək. Testi pozitiv çıxmış şəxs daimi müşahidə altında saxlanılacaq və vəziyyəti ağırlaşmağa doğru gedərsə, onlar xüsusi tibbi yardım xidməti avtomobili ilə müvafiq xəstəxanaya aparılacaq".