SMS-icazəyə limit qoyulması müzakirə olunacaq

SMS-icazəyə limit qoyulması müzakirə olunacaq
1709 dəfə oxunub
  • A-
  • A
  • A+

“SMS-icazəyə limit qoyulması ilə bağlı qərar tibbi qərargahda deyil, operativ qərargahda qəbul olunmuş qərardır və yəqin ki, bunun müzakirəsi olacaq”.

Axşam.az xəbər verir ki, bunu TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva bu gün keçirilən brifinqdə deyib:

“Xüsusi karantin rejiminin tətbiq olunmasında məqsəd insanların bir-biri ilə təmasının azaldılmasıdır. Bizim məqsədimiz xəstəliyin yoluxma zəncirinin qırılmasıdır. Ona görə bu tədbirlər görülür”.