Əməkdar artist Abbas Bağırovun ailəsində itki üz verib.

Axşam.az-ın məlumatına görə, müğənninin 93 yaşlı nənəsi Minarə xanım dünyasını dəyişib.

"93 yaşın olsa belə sənin hər zaman deyib-gülməyin, zarafatların o yaşı bildirmirdi. Mənim gözəl Minarə nənəm, bu səhər belə xəbər eşitmək istəməzdim. Dünən özün bilə-bilə hamımızla sağollaşdın və bu gün dünyanı dəyişdin" deyə, Abbas bildirib.

Qeyd edək ki, Abbas nənəsi ilə tez-tez videolar paylaşır, verilişlərə çəkilirdi.



                 

Xəbər lenti