Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Mehriban Xanlarova İnstaqramda yazıb. Aktrisa Türkiyədə itkin düşən və iki gün sonra cəsədi tapılan 7 yaşlı İkranur Tirsi ilə bağlı paylaşım edərək, bunlarə əlavə edib:
"Həyatda heç kim bilmir ki, özünün və ailəsinin başına hansı hadisə gələ bilər. Bu mövzu çox ciddi və həssasdır. Hər birimizin evində, ailəsində qız övladı böyüyür. Artıq bu cür hadisələr dünyada elə bir həddə gəlib çatıb ki, insanlar qız övladı sahibi olmaq istəmir. Deyir ki, gələcəkdə hansısa şərəfsizin qurbanı olmasın. Dövlət səviyyəsində lazımı addımlar atılmalıdır. Cinayətkara 5-10 il həbs cəzası verməklə heç nə dəyişilməyəcək".