Əməkdar artist Nüşabə Ələsgərli son günlər xeyli çəki atmasının səbəbini açıqlayıb.

Axşam.az xəbər verir ki, müğənni plastik əməliyyatla artıq çəkidən xilas olduğunu şayiə adlandırıb. "7 canlı" proqramında bu haqda danışan Ələsgərli bildirib ki, xəstəlik arıqlayıb:

"Xəstəliklə bağlı zəiflədim. Ondan sonra da kökəlmədim. Mən kök olsam da, cəld idim. Yeməyə qarşı qurmanam. Xəngəli belə qiyməsi ilə böyük qabda yeyənəm.

Udma qabilləyim pozuldu. Qorxurdum ki, yemək boğazımda qalacaq və boğulub öləcəm. Ona görə də yeməyimi azaltdım və arıqladım".



                 

Xəbər lenti