Qalmaqallı "Altın kelebek" yenidən gündəmdə

Qalmaqallı "Altın kelebek" yenidən gündəmdə
1628 dəfə oxunub
  • A-
  • A
  • A+

46-cı “Altın kelebek” mükafatları gecəsinin keçiriləcəyi tarix açıqlanıb.

Axşam.az xəbər verir ki, mükafatlandırma gecəsi iyulun 5-də baş tutacaq. Bu dəfə isə məşhurlarımız istanbula gedə bilməyəcəklər. Tədbir onlayn keçiriləcək.

Həftənin bazar günü axşam Çağla Şıkel və Cem Davranın aparıcılıq etdiyi tədbirdə məşhur simalar mükafat alıb-almadıqlarını öyrənə biləcəklər.

Azərbaycan da isə proqram saat 22:00-da "Xəzər TV"də yayımlanacaq.

Qeyd edək ki, mükafatlandırma gecəsi sonuncu dəfə Türkiyənin Suriya ilə sərhəddində xeyli sayda əsgərin öldürülməsinə görə təxirə salınmışdı. Azərbaycanı təmsil etmək üçün Xalq artisti Röya Ayxan, müğənnilər Nura Suri, Sevda Yahyayeva, Gülay Zeynallı, həmçinin, aktrisalar Oksana Rəsulova və Pərvin Abıyeva Türkiyəyə getmişdi.

Siyahıda yer alan kişi ifaçılar - Elçin Cəfərov, Azad Şabanov, Xəyyam Nisanov və başqaları tədbirdən imtina etmişdi.