Bəhram Bağırzadə komadan ayılıb

Bəhram Bağırzadə komadan ayılıb
2220 dəfə oxunub
  • A-
  • A
  • A+
Əməkdar artist Bəhram Bağırzadə komadan ayılıb.

Axşam.az xəbər verir ki, bu haqda aparıcı Sənan Şəfizadə sosial şəbəkədə yazıb. O bildirib ki, bu gün səhər Bağırzadə ilə bağlı xoş xəbər alıb:

"Səhəri xoş xəbərlə açırıq. Bir saata yaxındır ki, komadan ayılıb. Həkimləri eşidir, huşu özündədir. Yaxşı olacağına ümid edirik".

Qeyd edək ki, B.Bağırzadə bir müddətdir koronavirus infeksiyasına yoluxub. Vəziyyəti pisləşən aktyor müalicə olunduğu xəstəxanadan 13 iyun 2020-ci il tarixində Mərkəzi Gömrük Hospitalının Reanimasiya şöbəsinə köçürülüb.  Bəhram Bağırzadənin ağciyər toxumasının 90%-dən çox zədələndiyi məlum olmuşdu. Mərkəzi Gömrük Hospitalının cərrahları və reanimatoloqları tərəfindən təcili olaraq gecə konsilium keçirilmiş və xəstənin EKMO cihazına qoşulmasına qərar verilib. Xəstənin EKMO cihazına qoşulması əməliyyatından sonra onun vəziyyəti nisbətən stabilləşmiş və saturasiya 95 faizə qədər yüksəlib. Bir neçə gün əvvəl isə həkimlər B.Bağırzadəni EKMO aparatından ayırdıqlarını açıqlayıb.