Həkimdən Bəhram Bağırzadə ilə bağlı açıqlama

Həkimdən Bəhram Bağırzadə ilə bağlı  açıqlama
1968 dəfə oxunub
  • A-
  • A
  • A+

“Əməkdar artist Bəhram Bağırzadənin vəziyyəti ağır kimi qiymətləndirilir. Lakin son günlər davamlı müsbət dinamika müşahidə olunur”.

Axşam.az xəbər verir ki, bunu Mərkəzi Gömrük Hospitalı rəisinin müalicə işləri üzrə müavini Bəxtiyar Musayev deyib. O qeyd edib ki, hazırda B.Bağırzadə yalnız ağciyərlərin süni ventilyasiya aparatına qoşulu vəziyyətdədir:

“Müalicə prosesi davam edir. Ümid edirik ki, qısa müddətdə daha sevindirici xəbərlər verə biləcəyik”.

Məlumat üçün bildirək ki, B.Bağırzadə iki gün əvvəl ECMO cihazından ayrılıb.

Xatırladaq ki, daha əvvəl koronavirus xəstəliyindən müalicə olunduğu xəstəxanadan iyunun 13-də Mərkəzi Gömrük Hospitalının Reanimasiya şöbəsinə köçürülən əməkdar artist Bəhram Bağırzadənin ağciyər toxumasının 90%-dən çox zədələndiyi məlum olmuşdu. Mərkəzi Gömrük Hospitalının cərrahları və reanimatoloqları təcili olaraq gecə konsilium keçirib və xəstənin ECMO cihazına qoşulmasına qərar vermişdi. Xəstənin ECMO cihazına qoşulması əməliyyatından sonra onun vəziyyəti nisbətən stabilləşmiş və saturasiya 95 faizə qədər yüksəlmişdi.