"Düzgün dost seçməmişəm" - Oksana Natavanla rəfiqəliyindən danışdı

"Düzgün dost seçməmişəm" -  Oksana Natavanla rəfiqəliyindən danışdı
1539 dəfə oxunub
  • A-
  • A
  • A+
"Əvvəlki münasibətimiz yoxdur. Bilmirəm nə ilə bağlıdır. Barışdıq, amma rəfiqə deyilik. Görəndə görüşəcəm, o da yəqin mənimlə salamlaşacaq".

Axşam.az xəbər verir ki, bu sözləri rəqqasə Oksana Rəsulova müğənni Natavan Həbibi haqda sualları cavablandırarkən deyib. "Show news" proqramına müsahibə verən sənətçi dostluqlarının bitməsindən danışıb:

"Heç kimi günahlandırmıram. Özümdə günah görürəm ki, düzgün dost seçməmişəm. Və də hər kəsi çox yaxına buraxmışam. Son illər köhnə dostlarım yanımdadır. Bilirəm ki, nəsə olsa yanımda olacaqlar.

Artıq yeni dostluq istəmirəm. O yaşım deyil ki, yeni bir dostluğa imza atım. Köhnələrlə kifayətlənirəm".