Türkiyədə 1543 nəfər koronavirusdan sağaldı - 17 xəstə öldü

Türkiyədə 1543 nəfər koronavirusdan sağaldı -  17 xəstə öldü
440 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyədə yeni növ koronavirus (COVİD-19) aşkarlanan şəxslərin sayı 202 min 284 nəfərə çatıb.

Axşam.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca məlumat verib.

O bildirib ki, son 24 saat ərzində ölkədə 17 nəfər koronaviruslu xəstə dünyasını dəyişib, 1186 nəfər isə infeksiyaya yoluxub.

Ümumilikdə ölkədə COVİD-19-dan vəfat edənlərin sayı isə 5167 nəfərə çatıb.

Türkiyədə bu gün koronavirusdan sağalanların sayı isə 1543 nəfər təşkil edir.