"Heç kim məni işdən çıxarmayıb" - Hüsniyədən Nuraya cavab

"Heç kim məni işdən çıxarmayıb" -  Hüsniyədən Nuraya cavab
1952 dəfə oxunub
  • A-
  • A
  • A+

"Şirkətlərdən birində "Film & Media Production" departamentinin direktoru vəzifəsində çalışıram. Şirkət dünya miqyaslı tədbirləri (əsasən idman) ölkəmizdə keçirməklə məşğuldur. Dəhşətli dərəcədə xoşum gəlir buradan. Sonuncu dəfə bu gədər razı olduğum yer manatın avroya xod gedən vaxtlarında olub".

Axşam.az xəbər verir ki, bu sözləri aparıcı Hüsniyə Məhərrəmova sosial şəbəkədə yazıb. O, ötən gün yazdığı statusa görə AzTV-dən qovulması xəbərlərinə münasibət bildirib. Hüsniyə deyib ki, sözügedəm kanaldan öz istəyi ilə uzaqlaşıb:

"Sanki ölkənin ən yaradıcı beyinləri bura yığılıb. Hamı gənc, savadlı, işini bilən, sağlam insanlardı. Bomba direktorum var. Bizimlə birgə işin hər bir prossesində iştirak edir. Ona işlə bağlı söz demək üçün qəbuluna yazılıb, telefonu təhvil verib, böyük kabinetə girməyə ehtiyac yoxdur.

Bunları yazmağımda məqsəd eşitdiyim əsaslanmamış söz-söhbətə son qoymaqdır. İşləyirəm və heç kəs məni heç yerdən çıxarmayıb. Ümumiyyətlə, bu vaxta qədər heç kim məni işdən uzaqlaşdırmayıb. Hər yerdən öz istəyimlə, ərizəmi yazaraq, sülh yolu ilə ayrılmışam.

Nə qədər hazırki yerimdən məmnun olsam da, indidən deyim ki, qarşıda başqa işlər, planlar, perspektivlər var. Bir müddət sonra buradan da ayrılmalı olacam.

Başa düşürəm, karantindi, boş vaxtınız həmişəkindən daha çoxdur, amma belə söz-söhbətlərə vaxtınızı itirməyin".

Qeyd edək ki, ötən gün müğənni Nura Suri Hüsniyə ilə bağlı "Hüsniyə Məhərrəmovanı da yazdığı statusa görə işdən çıxarıblar. Demokratiya sözünün mənasını bilirsiniz? Demokratik ölkədə yaşayırıq biz" sözlərini bildirib.