Qubada “Son zəng” şənliyi edənlər aşkarlandı - Foto

Qubada “Son zəng” şənliyi edənlər aşkarlandı -  Foto
1779 dəfə oxunub
  • A-
  • A
  • A+

Qubada elan edilmiş xüsusi karantin qaydalarını pozaraq rayonun Qəçrəş kəndi ərazisində yerləşən istirahət mərkəzlərinin birində “Son zəng” şənliyi təşkil edən şəxslər məsuliyyətə cəlb olunublar.

Axşam.az DİN-ə istinadən xəbər verir ki, rejim qaydalarını kobud şəkildə pozaraq məclis təşkil edən həmin obyektin sahibi və məclisdə iştirak edən müəllim və valideynlər inzibati qaydada məsuliyyətə cəlb olunaraq cərimə ediliblər.

Həmçinin polis əməkdaşları tərəfindən həmin karantin qaydalarının tələbləri izah olunub.