"59 nəfər süni tənəffüz aparatına qoşulub" - Ramin Bayramlı

"59 nəfər süni tənəffüz aparatına qoşulub" -  Ramin Bayramlı
608 dəfə oxunub
  • A-
  • A
  • A+

“Hazırda aktiv xəstələrdən 59 nəfər süni tənəffüz cihazına qoşulub. 267 nəfər isə reanimasiya şöbəsində müalicə alır”.

Axşam.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib. O bildirib ki, Azərbaycanda ölüm halları 2 faizin altındadır:

“Karantin rejimi tətbiq etməsəydik say 3-5 qat artıq olardı. Say sabit saxlanılsa da, bu yetərli deyil və xəstəxanaların yükü artır”.