Azərbaycanda 84 nəfər yasda koronavirusa yoluxub

Azərbaycanda 84 nəfər yasda koronavirusa yoluxub
2914 dəfə oxunub
  • A-
  • A
  • A+

"Son həftələr ərzində daha gənc yaşlarda ölüm halları da müşahidə olunur".

Axşam.az xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı bu gün keçirilən brifinqdə deyib. O bildirib ki, virus yayıldıqca mutasiya edir:

"Getdikcə daha da ağırlaşa bilir. Xəstəliyi ailələr şəklində ağır keçirənlər də var. Bir çox dünya ölkəsinin əksinə olaraq, Azərbaycanda qadınlar arasında yoluxma daha çoxdur. Bu da yas yerlərinə görədir. Elə yas yeri var ki, orada 84 nəfərin koronavirusa yoluxduğu aşkarlanıb".