"190 manatlıq yardım ödəniləcək"

"190 manatlıq yardım ödəniləcək"
3261 dəfə oxunub
  • A-
  • A
  • A+

"Karantin rejimi tətbiq edilən rayonlarda da yaşayan şəxslərə 190 manatlıq birdəfəlik yardım ödəniləcək".

Axşam.az xəbər verir ki, bunu Prezidentin iqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov deyib. O bildirib ki, yeni 8 rayonla bağlı müzakirələr aparılır və qərar qəbul olunacaq.

Xatırladaq ki, sərt karantin rejimi Goranboy, Göygöl və Mingəçevir şəhərləri, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonları daxil olmaqla, Bakı, Cəlilabad, Gəncə, Lənkəran, Masallı, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron rayonunda  2020-ci il 5 iyul saat 06:00-dan 20 iyul saat 06:00-dək  uzadılıb.