“Özünü pis hiss edən insan təcili tibbi yardıma müraciət etmədən öncə sahə həkiminə müraciət etməlidir”.

Axşam.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin aparat rəhbəri Nadir Zeynalov deyib.

O bildirib ki, qızdırma, öskürək ola bilər, bu simptomlar hamıda “mən koronavirusa yoluxmuşam” qorxusu yaradır:

“Poliklinika və ya sahə həkimi bəzi suallar verərək onun koronavirus olub-olmadığı haqda ilkin diaqnoz qoya bilər. Ehtiyac olduqda, onlardan evdə nümunə götürüləcək”.



                 

Xəbər lenti