“Ev şəraitində idman hərəkətləri edilsin”

“Ev şəraitində idman hərəkətləri edilsin”
1454 dəfə oxunub
  • A-
  • A
  • A+

“Hipodinamiya, yəni az hərəkət etmək ümumi fiziki sağlamlığa , o cümlədən immun sistemə, təbii ki, təsir göstərir. Rayonlara gediş-gəlişə qoyulan məhdudiyyət, evdə özünütəcrid məcburiyyətdən verdiyimiz bir qərardır”.

Axşam.az xəbər verir ki, bunu TƏBİB sədri Ramin Bayramlı bu gün keçirilən brifinqdə deyib:

“Bu qərarın aradan qaldırılması insanların məsuliyyətindən asılı olacaq. Vətəndaşlar özünü evdə təcrid edəndə hipodinamiya olacaqlarsa, bunun çarəsinə gərək hər kəs bir şəkildə baxsın. Ev şəraitində idman hərəkətləri edilsin.

Xəstəliyi lokallaşdırmasaq, küçəyə çıxma qadağalarıyla bunun öhdəsindən gəlməsək, karantin rejimini tamamilə aradan qaldırsa, lokal olmuş infeksiyanı digər bölgələrə də yaya bilərik. Bu da bizə problemlər yaradar. Hər birimizin üzərinə məsuliyyət düşür ki, qaydalara əməl edək. Nə qədər erkən normal həyata qayıtsaq, bu, immun sistemimizin fəaliyyətinə və digər məsələlərə də müsbət təsir göstərəcək”.