"Dərmanların çatışmazlığı və qiymətlərinin iki qat baha satılması bağlı daimi monitorinq aparılır, davam etdiriləcək".

Axşam.az xəbər verir ki, bunu Prezidentin iqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov deyib:

"Amma özünü müalicə etmək lazım deyil. Bu zaman vəziyyət daha da ağırlaşa bilər. Belə xəstələrin vəziyyəti pisləşir. Sonradan xəstəxanaya düşəndə ağır vəziyyətdə olurlar. Həkimlər üçün problemlər yaranır. Həmin dərmanlar ağır dərmanlardır. İnsanlar özbaşına gedib hansısa dərmanı alıb müalicə etməli deyil".

Ramin Bayramlı qeyd edib ki, sosial şəbəkələrdə və xarici mediada müəyyən dərmanların tövsiyəsindən sonra o dərmanların alışına maraq artıb:

"Dərmanları həkim nəzarəti altında və stasionar şəraitdə qəbul edilməlidir. Favirapir və Arbidol karantin xəstəxanalarımızda kifayət qədərdir. Evdə qəbul edilməsi tövsiyə olunan dərmanların apteklərdə təmin olunması üçün hökumət tərəfindən məsələ qaldırılacaq".



                 

Xəbər lenti