TƏBİB koronavirusla bağlı son vəziyyəti açıqladı

TƏBİB koronavirusla bağlı son vəziyyəti açıqladı
655 dəfə oxunub
  • A-
  • A
  • A+

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı iyulun 3-nə olan statistik göstəriciləri açıqlayıb.

Axşam.az xəbər verir ki, məlumata əsasən, bu gün ölkədə 8212 nəfər aktiv koronavirus xəstəsidir.

Onlardan 267 nəfər reanimasiyada, 59 nəfər isə süni tənəffüs cihazındadır.

Qeyd olunub ki, bu gün 7137 test edilib. Yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ümumilikdə 502 965 test aparılıb, 10 820 nəfər sağalıb.

Xatırladaq ki, bu gün Azərbaycanda daha 583 nəfər koronavirusa yoluxub, 395 nəfər sağalıb, 7 nəfər isə vəfat edib.