Bu gündən ictimai nəqliyyatın fəaliyyəti ikigünlük dayandırıldı

Bu gündən ictimai nəqliyyatın fəaliyyəti ikigünlük dayandırıldı
1347 dəfə oxunub
  • A-
  • A
  • A+

Sərtləşdirilmiş karantin rejimi ilə əlaqədar bu gündən 20 iyul saat 06:00-dək Bakı metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırılır.

Axşam.az xəbər verir ki, xüsusi karantin rejiminin sərtləşdirildiyi Bakı, Cəlilabad, Gəncə, Lənkəran, Masallı, Sumqayıt, Yevlax, Abşeron, Goranboy, Göygöl, Mingəçevir, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəkidə həftəsonları bütün ictimai nəqliyyatın hərəkəti dayandırılır:

4 iyul saat 00:00-dan 6 iyul saat 06:00-dək;

11 iyul saat 00:00-dan 13 iyul saat 06:00-dək;

18 iyul 00:00-dan 20 iyul saat 06:00-dək.

Qeyd edək ki, ictimai nəqliyyatın hərəkəti qadağan olduğu həftəsonları taksi fəaliyyətinə icazə veriləcək. Market və apteklər açıq olacaq.