"Bəzi müğənnilərin pula ehtiyacı var" - Vasif Məhərrəmli

"Bəzi müğənnilərin pula ehtiyacı var" -  Vasif Məhərrəmli
3214 dəfə oxunub
  • A-
  • A
  • A+
"Müğənnidən çox şey umurlar. Əlimizdən gələn köməkliyi edirik. Bu gün elə müğənnilər var ki, həqiqətən köməyə ehtiyacı var".

Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Vasif Məhərrəmli "Show news" verilişinə açıqlamasında deyib. Müğənni maddi sıxıntı yaşayan sənət adamlarından bəhs edib:

"Şou-proqramlarda çıxış edən müğənnilər var ki, onlar toy bazarında az-az iştirak edənlərdir. Onlar gücü şou proqrama veriblər və aylıq, günlük gəlirlə yaşayırdılar. Onların bu gün pula ehtiyacı var. Vasif, Manaf toya gedirdi, qazandığı ilə 5-6 ay dolana bilər.

Mənə nə qədər zəng edib, ehtiyacı olduğunu deyənlər var. Lazım gəlib yardım etmişəm. Yeri gəlsə, min manat da hədiyyə verərərm. Amma hədiyyə başqa, borc başqadır".