Azərbaycanda iyulun 6-na gözlənilən hava şəraiti açıqlanıb.

Axşam.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında havanın yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi əsəcək.

Havanın temperaturu  Abşeron yarımadasında gecə 21-25,  gündüz 32-37, Bakıda gecə 22-24, gündüz 35-37 dərəcə isti olacaq.

Atmosfer  təzyiqi normadan aşağı 755 mm civə sütunu, nisbi rütubət gecə 60-65, gündüz 35-40 faiz təşkil edəcək. 

Abşeron çimərliklərində cənub küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 24-25, Türkan, Hövsan, Sahil, Şıxda isə 25-26 dərəcə isti olacaq.

6 iyulda Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi dağlıq ərazilərdə  şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu  düşəcəyi gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu  gecə 20-25, gündüz 34-39, dağlarda gecə 13-18, gündüz  23-28 dərəcə  isti olacaq. 

Tibbi-meteoroloji proqnoza görə, Abşeron yarımadasında iyulun 6-7-də gündüz saatlarında isti temperatur diskomfortu gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişsizdir.



                 

Xəbər lenti