Reanimasiyadakı xəstələrin sayı açıqlandı

Reanimasiyadakı xəstələrin sayı açıqlandı
704 dəfə oxunub
  • A-
  • A
  • A+

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı iyulun 5-nə olan statistik göstəriciləri açıqlayıb.

Axşam.az xəbər verir ki, məlumata əsasən bu gün ölkədə 8332 nəfər aktiv koronavirus xəstəsi var.

Onlardan 348 nəfər reanimasiyada, 60 nəfər isə süni tənəffüs cihazındadır.

Qeyd olunub ki, bu gün 6722 test edilib. Yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ümumilikdə 516 533 test aparılıb.

Xatırladaq ki, bu gün Azərbaycanda daha 523 nəfər koronavirusa yoluxub, 451 nəfər sağalıb, 9 nəfər isə vəfat edib.