"800 manata yaxın maaş alıram. Amma karantin vaxtında borca girmişəm".

Axşam.az xəbər verir ki, bu sözləri aşıq Samirə Əliyeva "Zaurla Günaydın" verilişində deyib. Sənətçi pandemiya ərəfəsində toy məclislərinin olmamasının onun büdcəsinə təsir etdiyini söyləyib:

"Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetindən və fəxdi ada görə maaş alıram. Amma artıq borc da almışam. Dolanışıq üçün bunu etdim. Külli miqdarda deyil, amma yenə də borcdur. Evdə iki körpə uşaq var, az yeyirlər. Pulum əvvəl geyimə, mahnıya, benzinə gedirdi. İndi mahnı yazdırmırıq, geyim lazım olmur, maşın da çox sürmürük. Ona görə də xərc azdır".



                 

Xəbər lenti