Bəhram Bağırzadənin ağciyərlərində yaxşılaşma var

Bəhram Bağırzadənin ağciyərlərində yaxşılaşma var
892 dəfə oxunub
  • A-
  • A
  • A+

“Bəhran Bağırzadənin vəziiyyəti ağır olaraq qalır”.

Axşam.az xəbər verir ki, bunu Mərkəzi Gömrük Hospitalının rəisinin müalicə işləri üzrə müavini Bəxtiyar Musayev bildirib. O qeyd edib ki, xəstənin tənəffüsü süni ventilyasiya aparatı vasitəsilədir:

“Huşu aydın, bədən hərarəti isə normadadır. Bu gün aparılan rentgen müayinəsi zamanı ağciyərlərin vəziyyətində əhəmiyyətli dərəcədə yaxşılaşma qeyd edilib.

Hazırda ilk plana ikincili bakterial infeskiya qoşulması ilə mübarizə çıxır. Bununla bağlı müvafiq təyinatlar dəyişikliklər aparılıb”.